İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın müdiri dosent Arif Veyisov giriş sözü ilə çıxış edərək mövzunu elan edib.

Sonra kafedranın müəllimi Veyis Adıgözəlov “XX əsrin sonunda Azərbaycanda xalq hərəkatı” mövzusunda çıxış edib.

Çıxış başa çatdıqdan sonra kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Əməkdar müəllim İndira Vəliyeva, kafedranın müəllimi  İmran Məmmədov seminarda çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Filialın Mətbuat Xidməti