BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 20.10.2026 12:49
- Çap

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.
İclasda “Kafedralarda elmi-tədqiqat və tədrisin təşkili vəziyyəti haqqında”, “Tələbələrin dərsə davamiyyətinə nəzarətin təşkili və kollokviumların keçirilməsi vəziyyəti haqqında” və digər cari məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov çıxış ediblər.
Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Gülər Məmmədli müzakirələrdə iştirak ediblər.
Şura iclasında müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.
Filialın Mətbuat Xidməti.




