BDU Qazax filialında TGT-nin iclası olub
- Nəşr edilib 21.10.2026 12:53
- Çap

BDU Qazax filialında TGT-nin iclası olub
Bakı Dövlət Universitetinin Qazax filialında Tələbə Gənclər Təşkilatının(TGT-nin) iclası keçirilib.
Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək təşkilatının üzvü olan gəncləri filialın ictimai həyatında fəal olmağa, nümunə göstərməyə çağırıb.
Sonra TGT-nin sədri, Təhsildə social-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Aysu Bəndəliyeva, sədrin müavinləri – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Tərlan Aslanlı və sosial iş ixtisasının II kurs tələbəsi Əli Becanov çıxış edərək ötən müddət ərzində təşkilat üzvlərinin gördükləri işlərdən söz açıblar.
Sonda açıq səsvermə yolu ilə təşkilatın idarə heyəti yeni üzvləri seçilib.
Filialın Mətbuat Xidməti
