STEAM klubunun tədbiri keçirilib

STEAM klubunun tədbiri keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat – Informatika  müəllimliyi  ixtisasının  Rİ-1-23 qrupu tərəfindən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) klubunda növbəti tədbir keçirilib.

Tədbirdə tələbələrdən Vüqar Namazlı “Günəş, külək və bioqaz sistemlərini birləşdirən avtonom ekoloji təsərrüfat modelinin qurulması” layihəsini təqdim edib. Klubun üzvlərindən Nuran Bayramova, Pərvanə Əmiraslanova, Aytən Əliyeva, Ləman Xəlilovanın təqdim etdikləri “Günəş enerjisindən istifadə etməklə ekoloji cəhətdən təmiz və alternativ istilik mənbəyi olan Günəş sobasının qurulması” layihəsi maraqla qarşılanıb.

Eyni zamanda, tələbələrdən Seymur Rəhimov, Nübar Məmmədova “Külək və günəş enerjisindən eyni vaxtda istifadə edən hibrid systemin yaradılması”, Vüsal Həsənov, Həvva Əsgərova, Nuran Həsənli, Ayşə Mahmudova  “Günəş panellərinin iş prinsipi”,  Nigar Həsənova isə “Külək  enerjisinin mexaniki və elektrik enerjisinə çevrilməsinin təhlili” layihələrini təqdim ediblər.

Layihələrin təqdimatı filialın Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyevanın  rəhbərliyi altında keçirilib.

Filialın Mətbuat Xidməti