BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 04.04.2024 00:08
- Çap

BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Seminarda kafedranın müəllimi Veyis Adıgözəlovun “Bosniya və Hersoqovina münaqişəsinin (1992-1995) beynəlxalq tənzimlənməsi” mövzusunda elmi çıxışı dinlənilib.
Filialın Elmi işlər üzrə komissiyası və İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, kafedranın müdiri Arif Veyisov, kafedranın baş müəllimi Zeynəb Mustafayeva, müəllimlərdən İndira Vəliyeva, Emelya Əmirova və kafedranın digər əməkdaşları iştirak edib.
Veyis Adıgözəlov hazırladığı mövzu haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Sonra seminarda iştirak edən müəllimlərlə birlikdə diskusiya şəklində müzakirələr aparılıb.
Filialın Mətbuat Xidməti.




