Bakı Dövlət Universiteti Qazax Filialının müəlliminin elmi məqaləsi çap olunub

Bakı Dövlət Universiteti Qazax Filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın elmi məqaləsi çap olunub. O, Avstyanın paytaxtı Vyana şəhərində 8-9 iyun 2023 tarixində keçirilən “Dünyanın siyasi prioritetləri”  mövzusunda keçirilən IV Beynəlxalq Elmi Konfransın iştirakçısı olub. Konfransa onlayn formatda qatılan Ü.Bayramova “Lozanna konfransında Mosul məsələsi” adlı məqalə ilə iştirak edib.  Beynəlxalq konfransın materialları dərc olunmuş jurnalda onun məqaləsi də yer alıb. Eyni zamanda, Ü.Bayramova müvafiq Sertifikatla da təltif olunub.

Filialın Mətbuat Xidməti