- Nəşr edilib 25.10.2023 06:28
- Çap
BDU-nun Qazax filialında "Mərkəzə doğru" layihəsi
çərçivəsində tələbələrlə görüş keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında "Mərkəzə doğru" layihəsi çərçivəsində I kurs tələbələri ilə görüş keçirilib.
Filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, bu istiqamətə hazırlanmış layihələrin tələbələrin hərtərəfli inkişafında böyük önəm kəsb etdiyini vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı tələbələri Azərbaycan Respublikasının Gənclər Fondu, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti haqqında hazırlanmış təqdimatla tanış edib. O, eyni zamanda regional nümayəndəliyin gördüyü işlər, könüllülük, gənclər üçün təşkil olunan layihə, təlim və klublar barədə ətraflı məlumat verib.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri


