- Nəşr edilib 31.03.2024 00:31
- Çap

BDU Qazax Filialının kolektivi soyqırım qurbanlarının xatirəsini yad edib
Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.
Bununla əlaqədar martın 31-də Filialın direktoru Arif Rüstəmov başda olmaqla ali təhsil müəssisəsinin müəllim və tələbələri Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Filialın kollektivi memorial abidə kompleksinin önünə tər çiçək dəstələri düzüb, Vətən uğrunda canlarını fəda edən müqəddəs şəhidlərimizin əziz xatirələrini dərin ehtiramla anıbdır.
Filialın Mətbuat xidməti.



