- Nəşr edilib 05.04.2024 15:25
- Çap

BDU Qazax filialı direktorluğunun iclası keçirilib
05.04.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası aşıq elan edərək gündfəlikdə duran məsəslələr haqqında iştirakçılara məlumat verib.
İiclasın gündəliyinə daxil olan BDU-nun Qazax filialında akkreditasiya prosesinə hazırlığın gedişatı haqqında məsələ geniş müzakirə olunub. Filialın kafedra müdirləri və aidiyyatı struktur rəhbərləri akkreditasiya ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər.
Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra əlavə tapşırıq və tövsiyələrini verib.
İclasın gündəliyində duran ikinci məsələ barədə filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək elmi işlər üzrə komissiyanın işi haqqında iştirakçıları məlumatlandırıb. İclasda Elmi işlər üzrə komissiyanın son 6 ay (oktyabr-mart) ərzində TKTA –nın tövsiyyələri ilə əlaqədar olaraq görülən işlərinin hesabatı müzakirəyə təqdim edilib. Hesabat qənaətbəxş hesab olunub.
BDU-nun Qazax filialında professor-müəllim heyətinin reytinq qiymətlən-dirilməsi təlimatının təsdiq edilməsi haqqında filialın Tədris şöbəsinin müdiri Hürü Şamilovanın məlumatı da səsə qoyularaq qəbul edilib.
Eyni zamanda, iclasda bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti.




