- Nəşr edilib 05.04.2024 15:37
- Çap

BDU Qazax filialında Pedaqoji fənlər kafedrasında seminar keçirilib
02.04.2024-cü il Bakı Dövlət Universiteti (BDU) Qazax filialının Pedaqoji fənlər kafedrasında kafedranın baş müəllimi Nuridə Quliyevanın təqdimatında aylıq elmi-nəzəri seminar keçirilib. O, “Ailə pedaqogikasının ümumi məsələləri. Ailə münasibətlərinin pozulmasının nəticələri” mövzusunda çıxış edib.
Elmi nəzəri seminarda filialın Tədris və elmi işlər üzrə müavini dosent Məmməd Yusifov, Pedaqoji fənlər kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, kafedranın xarici əvəzçi müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova, kafedranın əməkdaşları və magistrantlar iştirak edib.
Seminar elmi-nəzəri cəhətdən maraqlı olub, diskussiya şəklində keçib.
Filialın Mətbuat Xidməti.


