Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 6-da Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit və yaşıl artım əsas prioritetlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib.

BDU-nun Qazax filialında baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Filialın direktoru, dosent Arif Rüstəmov, professor-müəllim heyəti, tələbələr, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş Yaşar Mustafayev, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş slayd nümayiş etdirilib.