- Nəşr edilib 08.04.2024 17:37
- Çap

BDU-nun Qazax filialında “CareerLAB” layihəsi çərçivəsində tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında “CareerLAB” layihəsi çərçivəsində tədbir keçirilib. BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı öz çıxışında layihə haqqında ətraflı məlumat verib.
Sonra sosial iş və turizm-otelçilik sahələri üzrə panel müzakirələr başlayıb. “Müasir dövrdə karyerasını sosial iş, turizm və otelçilik sahəsində qurmaq istəyən gənclər üçün lazım olan bilik və bacarıqlar” mövzusu üzrə spiker qismində Sosial Xidmətlər Agentliyinin Qazax –Tovuz regional filialının direktoru Elvin Vəliyev, “ Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Hüseynova, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, filialın müəllimlərindən Əfsanə Əsgərova və Şəhla Məmmədova çıxış ediblər. Tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Filialin Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış edərək tələbələrin layihədən yararlandıqlarını bildiriblər.
Elçin İsmayıl,
Filialın Mətbuat Xidmətinin rəhbəri.








