- Nəşr edilib 18.04.2024 13:30
- Çap

Tələbə Təhsil Kredit Fondunun baş mütəxəssisi BDU-nun Qazax filialında görüş keçirib
Tələbə Təhsil Kredit Fondunun(TTKF) maliyyə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Abdin Məhəmmədəli BDU-nun Qazax filialının tələbələri ilə görüş keçirib.
Filialın direktoru Arif Rüstəmov görüşü açıq elan edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, təbələri Tələbə Təhsil Kredit Fondunun yaratdığı imkanlardan yararlanmağa çağırıb.
TTKF-nun baş mütəxəssisi Abdin Məhəmmədəli görüşdə çıxış edərək təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində, geriödənişlə bağlı tələbələrə ətrfalı məlumat verib, fikirlərini slaytlarla təqdim edib. Görüşün sonunda iştirakçıların verdikləri sualları cavablandırıb.
Filialın Mətbuat Xidməti.





