- Nəşr edilib 23.04.2024 12:20
- Çap

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Kafedranın müəllimi Əfsanə Əsgərovanın “Qlobal ekoloji problemlər. COP-29” mövzusunda elmi məruzəsi dinlənilib.
Filialda fəaliyyət göstərən Elmi işlər üzrə komissiya, həmçinin İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, kafedra müdiri Arif Veyisov, dosent Nəsibə Hacıyeva, kafedranın baş müəllimi Zeynəb Mustafayeva, müəllimlərdən Günay Binnətova, Veyis Adıgözəlov, magistrlar, tələbələr və kafedranın əməkdaşları iştirak edib.
Əfsanə Əsgərova seminarda dünyada və Azərbaycanda baş verən ekoloji problemlərə toxunub, problemlərin həlli yönümündə atılan addımlar müzakirə olunub. “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə imzalanmış sazişin əhəmiyyətliliyindən söhbət açılıb. COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizin növbəti bir qələbəsi olduğu vurğulanıb.
Sonra seminar diskusiya şəkilində müzakirələrlə davam edib.
Filialın Mətbuat Xidməti

