- Nəşr edilib 26.04.2024 10:11
- Çap

BDU-nun Qazax filialında İcbari Tibbi Sığorta üzrə maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Univesitetinin Qazax filialında “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək qonaqları salmlayıb, səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə bölməsinin rəhbəri Kamal çıxış edərək tədbir iştirakçılarına əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə əhalinin icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac olduğunu bildirilib. Qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi vətəndaşların rifahına əsaslanan sosial siyasətin ən önəmli qoludur. Bu sistem sığorta hadisəsi zamanı “Xidmətlər Zərfi” çərçivəsində tibbi yardım almağı təmin edir. Vətəndaşlar tibbi xidmətə ehtiyac yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti



