BDU-nun Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında dissertasiya işlərinin ilkin müdafiəsi olub

24.04.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında filialın “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasında magistratura səviyyəsinin II kurs tələbələrinin dissertasiya işlərinin ilkin müdafiəsi keçirilib. İlkin müdafiədə filialın Pedaqoji fakültəsinin dekan əvəzi Hamlet İlyasov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri əvəzi İradə Arıxova, filologiya elmləri doktoru Valeh Nəsibov və kafedranın digər əməkdaşları iştirak edib.

İlkin müdafiədə magistrantlardan Azərbaycan dili və ədəbiyyatı ixtisasının 1-22 qrup tələbələri Fidan Səmədli “Omonimlər və onların leksik-semantik xüsusiyyətləri”, Günay Balayeva “İlyas Əfəndiyevin əsərlərinin dil-üslub xüsusiyyətləri” mövzularından ətraflı məlumat veriblər. Sonra iştirakçılar tərəfindən verilən suallar magistrantlar tərəfindən cavablandırılıb.

Sonda ilkin müdafiədə iştirak edən magistrantların dissertasiya işləri qiymətləndirilib.

Filialın Mətbuat Xidməti