BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

29.04.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək gündfəlikdə duran məsəslələr haqqında iştirakçılara məlumat verib.

İiclasın gündəliyinə daxil olan BDU-nun Qazax filialında akkreditasiyaya hazırlıq prosesinin gedişatı haqqında, magistr dissertasiyasının ilkin müdafiəsinin nəticələri haqqında məsələlər geniş müzakirə olunub. Filialın kafedra müdirləri və aidiyyatı struktur rəhbərləri akkreditasiya ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər. Görülən işlər qənaətbəxş hesab olunub.

Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra əlavə tapşırıq və tövsiyələrini verib.

İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti