BDU-nun Qazax filialının baş müəllimi Mübariz Süleymanov dissertasiya işini müdafiə edib

BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqoji fakültənin dekan müavini Süleymanov Mübariz Tahir oğlu elmi və pedaqoji fəaliyyətində yeni bir uğur qazanıb. O, “Yuxarı sinif şagirdlərinin özünütəhsil fəaliyyətinin təlim keyfiyyətinin yüksəldilməsinə təsiri” adlı dissertasiya işini Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən FD:49 dissertasiya şurasında, 58.04.01-ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə uğurla müdafiə edib.

BDU Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov və Pedaqoji fakültə dekanı Hamlet İlyasov müdaiə prosesində çıxış edərək filial adından şura üzvlərinə öz minnətdarlıqlarını bildiriblər.

Mübariz Süleymanovu filialın kollektivi adından təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

 Filialın Mətbuat Xidməti