BDU-nun Qazax filialında “Heydər Əliyev və müasir Azərbaycan gəncləri” adlı bilik yarışı keçirilib

BDU-nun  Qazax filialında “Heydər Əliyev və müasir Azərbaycan gəncləri” adlı bilik yarışı keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə filologiya ixtisasının tələbələri arasında bilik yarışı keçirilib. Yarışında Ümummilli liderin həyat və fəaliyyətinə, Azərbaycan dili, ədəbiyyat və dünya görüşünə aid suallar səsləndirlib.

Yarışda iştirak edən gənclər sualları iki mərhələdə cavablandırıblar. Gərgin keçən bilik yarışmasında tələbələrdən Eşqin Abbasov, Nuray Sərxanova, Nigar Mahmudova, Mədinə Məhərrəmova, Xalidə Aslanova, Aysun Nəbizadə daha çox fərqləniblər.

Filailın direktoru Arif Rüstəmov bilik yarışının qaliblərinə diplomlar təqdim edib, tələbələrin iştirakını yüksək qiymətləndirib.

Birinci yerə çıxan qalib qrupun tələbələri isə öz növbəsində hazırladıqları “Zəfər yumruğu” adlı hədiyyəni filiala bağışlayıblar.

Filialın Mətbuat Xidməti