BDU-nun Qazax filialında işəgötürənlərlə görüş keçirilib

BDU-nun Qazax filialında işəgötürənlərlə görüş keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında işəgötürənlərlə görüş keçirilib.  Görüşdə  Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini  Elçin Cəfərov, həmin idarənin sektor müdiri Sahib Namazov, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Fərid Orucov,  Qazax şəhər 3, 5 və 6 saylı körpələr evi-uşaq bağçalarının müdirləri Gülnar Qocayeva, İradə Mustafayeva və Günel İsmayılzadə, Qazax şəhər 1 və 4  nömrəli tam orta məktəbin direktorları Yaşar Əliyev və Ramin Həsənov, Qazax rayon Kosalar, Xanlıqlar və Ağköynək kənd  tam orta məktəbin direktorları Samir Hüseynov,  Aytac Rəhimova və Rasimə Carçıyeva,  Qazax şəhər humanitar təmayüllü  məktəb-litseyin direktoru Tahirə Comərdova iştirak ediblər.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakşılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. Filialla işəgötürənlər arasında  əlaqələrin gücləndriliməsinin, əmək bazarının  tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsinin vacibliyini qeyd edib, bununla bağlı faydalı fikir mübadiləsinin aparılacağına əminliyini  bildirib.

Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov tədbirdə çıxış edərək işəgötürənlərin rəylərinin öyrənilməsinin vacib olduğunu qeyd ediblər. Pedaqoji fakültənin dekanı Hamlet İlyasov öz çıxışını tədbirdə nümayiş etdirilən slaydlar əsasında quraraq filialdakı ixtisaslar və tədris edilən fənlər barədə ətraflı məlumat verib.

Sonra işəgötürənlər çıxış edib. Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini  Elçin Cəfərov, Qazax şəhər  1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, Qazax şəhər  Ağköynək kənd orta məktəbin direktoru Rasimə Carçıyeva, Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Günel İsmayılzadə, Qazax rayon Xanlıqlar kənd tam orta məktəbin direktoru Aytac Rəhimova tədbirdə çıxış edərək  fikirlərini  söyləyib, təkliflərini bildiriblər.

Filialın direktoru Arif Rüstəmov keçirilən görüşü ilk addım kimi yüksək qiymətləndirib,  işəgötürənlərlə filialın qarşılıqlı faydalı, birgə fəaliyyətinin davamlı olacağına inandığını bildirib.  

Filialın Mətbuat Xidməti