BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında buraxılış işlərinin ilkin müzakirəsi olub
- Nəşr edilib 20.05.2024 13:30
- Çap

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında buraxılış işlərinin ilkin müzakirəsi olub
Bakı Dövlət Universiteteinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında qiyabi şöbənin tarix, sosial iş və turizm-otelçilik ixtisaslarının V kurs tələbələrinin buraxılış işlərinin ilkin müzakirəsi təşkil olunub.
İlkin müzakirədə filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri dosent Arif Veyisov, elmi rəhbərlər – baş müəllim Ülviyyə Bayramova, müəllimlərdən İmran Məmmədov, Həqiqət Mehdiyeva, Günay Binnətova, Elgünara Alməmmədova, Şəhla Məmmədova və kafedra əməkdaşları iştirak ediblər.
Tələbələr mövzuları haqqında ətraflı məlumatlar verib. Buraxılış işi üzrə verilən suallar tələbələr tərəfindən cavablandırılıb. Daha sonra ilkin müzakirədə iştirak edən tələbələrin qiymətləndirmə prosesi həyata keçirilib və hər biri müvafiq balla qiymətləndirilib.
Filialın Mətbuat Xidməti





