BDU-nun Qazax filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sərgi təşkil olunub
- Nəşr edilib 24.05.2024 15:12
- Çap

BDU-nun Qazax filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sərgi təşkil olunub
Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tələbələrin əl işlərindən və rəsmlərindən ibarət sərgi təşkil olunub.
Filialın direktoru Arif Rüstəmov ali təhsil müəssisəsinin foyesində təşkil edilmiş sərgiyə baxıb, tələbələrin çəkdikləri rəsmlərlə və əl işləri ilə tanış olub. A.Rüstəmov ekologiyanın qorunmasına həsr olunan, tələbələrin yaradıcılıqlarının məhsulu olan sərgini yüksək qiymətləndirib.
Filialda sərginin keçirilməsində məqsəd cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Sərgi may ayının sonuna kimi davam edəcəkdir.
Elçin İSMAYIL,
filialın Mətbuat Xidmətinin rəhbəri










