BDU-nun Riyaziyyat və informatika kafedrasında elmi seminarın növbəti məşğələsi olub
- Nəşr edilib 27.05.2024 11:06
- Çap

BDU-nun Riyaziyyat və informatika kafedrasında elmi seminarın növbəti məşğələsi olub
Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən elmi seminarın növbəti məşğələsi olub.
Kafedranın baş müəllimi Aygün Əliyeva “İnformatika fənninin dünəni və bu günü” mövzusunda çıxış edib. Bildirib ki, informatika fənni sürətlə inkişaf edir və texnologiyanın hər sahəsinə nüfuz göstərir. Onun keçmişi fiziki kompüterlərin və ilk proqramlaşdırma dillərinin yaradılması ilə xarakterizə olunurdusa, bu günkü informatika bulud hesablama, böyük məlumatlar və digər müasir texnologiyalar ilə səciyyələnir.
Seminarda mövzu ilə bağlı kafedra əməkdaşlarının verdikləri suallar A.Əliyeva tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti.

