NF ACADEMY Tədris Mərkəzi BDU-nun Qazax filialında seminar keçirib
- Nəşr edilib 29.05.2024 16:26
- Çap

NF ACADEMY Tədris Mərkəzi BDU-nun Qazax filialında seminar keçirib
NF ACADEMY-nin Tədris Mərkəzi Bakı Dövlət Universitetinin Qazax filialında seminar keçirib. Seminarda filialın professor və müəllim heyəti, üçüncü kurs tələbələri iştirak edib.
Seminar “Karyera planlaması”, “Magistratura təhsili” və “Müəllimlərin işə qəbulu” istiqamətləri üzrə keçirilib.
NF ACADEMY-nin təsisçisi və direktoru Nigar Fərzəliyeva, beynəlxalq marketinq sertifikatlı təlimçi Şəbnəm Ələkbərova, beynəlxalq İELTS dil sertifikatlı Şəfiqə Orucova, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova seminarda çıxış edərək tələbələrə gələcək planları, təhsil şansları, iş imkanları, yerli və xarici universitetlərin geniş miqyaslı imkanları haqqında ətraflı məlumat veriblər.
Filialın Mətbuat Xidməti





