BDU-nun Qazax filialının magistrantı “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsində iştirak edib
- Nəşr edilib 30.05.2024 11:29
- Çap

BDU-nun Qazax filialının magistrantı “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsində iştirak edib
Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Respublika Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil edilib.
Bakı Dövlət Universitetinin Qazax filialının “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” iştisaslaşması üzrə II kurs magistrantı Nurlan Quliyev 20-24 may 2024-cü il tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçirilən yaz düşərgəsində iştirak edib.
5 gün müddətində 100 gəncin iştirakçısı olduğu yaz düşərgəsi 5 gün davam edib.
Filialın Mətbuat Xidməti
