BDU-nun Qazax filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı maarifləndirici tədbir keçirilib

BDU-nun Qazax filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı maarifləndirici tədbir keçirilib

2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında maarifləndirici tədbir keçirilib.

08 iyun 2024-cü il tarixində “Ekoloji hüquqlar-insan hüquqları və azadlıqlarının tərkib hissəsi kimi” adlı altında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək bildirib ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. A.Rüstəmov ətraf mühiti qorumağın hər birimizin borcu olduğunu qeyd edərək “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşın töhfə verməsi üçün mühüm rol oynayacağını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb.

Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tələbələrlə iş və içtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, tarix ixtisasının II kurs tələbəsi Ləman Cəfərova tədbirdə çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Filialın Mətbuat Xidməti