BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
- Nəşr edilib 13.06.2024 15:18
- Çap

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
13.06.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti iclası keçirilib.
Filialın direktoru Arif Rüstəmov iclası açıq elan etdikdən sonra gündəlikdə duran məsələ haqqında iştirakçılara məlumat verib.
İclasın gündəliyinə daxil olan “BDU-nun Qazax filialında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişatı haqqında” məsələ geniş müzakirə olunub.
Çıxış edənlər imtahan sessiyası haqqında ətraflı məlumat veriblər. Aparılan geniş müzakirələrdən sonra sessiyanın gedişatı qənaətbəxş hesab olunub.
Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti





