BDU-nun Qazax filialının müəllimləri elmi-praktik seminarda iştirak edib
- Nəşr edilib 30.07.2024 13:09
- Çap

BDU-nun Qazax filialının müəllimləri elmi-praktik seminarda iştirak edib
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Azərbaycanın qərb bölgəsinin mədəni irsi: arxeoloji tədqiqatlar və perspektivlər” adlı elmi-praktik seminar keçirilib.
Seminarda bölgəmizdə, o cümlədən qoruq ərazisində arxeoloji qazıntı və elmi tədqiqat işləri aparmış AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov məruzələrlə çıxış ediblər.
Seminarda Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşlarından - Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi, filologiya elmləri doktoru, dosent Valeh Nəsibov, İctimai və təbiət fənləri kafedrasının müəllimi, Əməkdar müəllim İndira Səmədova və baş müəllim Ülviyyə Bayramova, pedaqoji fənlər kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva iştirak edib. Valeh Nəsibov və İndira Səmədova konfransda çıxış edərək öz fikirlərini bölüşüblər.
Filialın Mətbuat Xidməti




