BDU-nun Qazax filialının tələbələri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda
- Nəşr edilib 23.09.2024 11:00
- Çap

BDU-nun Qazax filialının tələbələri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda
Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ekskursiyada olublar. Ekskursiya zamanı qoruq ərazisində davam edən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-4” layihəsi çərçivəsində görülən işlər haqqında tələbələrə məlumat verilib. Qoruğun əməkdaşları bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd tarixi-mədəni irsin qorunub saxlanılması və təbliği, tarixi biliklərin yüksəldilməsi, gənc nəslin mədəni irsin qorunub saxlanılması fəaliyyətinə cəlb edilməsi, gənc arxeoloqların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və mədəniyyət könüllülülərinin qazıntı və çöl arxeoloji işlərinin aparmaq bacarığına yiyələnməsidir. Həmçinin qeyd olunub ki, layihəni gələcək tarixçi, arxeoloq, turizm və coğrafiyaçı mütəxəssisləri üçün hazırlıq kursu kimi də qiymətləndirmək olar.
Tələbələr filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyevin rəhbərliyi altında qoruq ərazisində aparılan arxeoloji qazıntı prosesində iştirak edib, qazıntı işlərinin aparılmasının əyani şəkildə şahidi olublar.
Ekskursiya tələbələrin böyük marağına səbəb olub.
Filialın Mətbuat Xidməti.

