BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
- Nəşr edilib 11.10.2024 11:21

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib
11 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək müzakirə olunacaq məsələlər haqqında iştirakçılara məlumat verib. Direktorluğun iclasında direktorluğun adının dəyişdirilməsi və direktoryanı şura adlandırılması, BDU-nun Qazax filialının Yekun özünü təhlil hesabatının təsdiqi, Dərnəyin və Elmi seminarların hesabatı məsələləri müzakirə olunub.
Filialın direktoru Arif Rüstəmov iclasda kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə edilib.
Filialın Mətbuat Xidməti











































































































































