BDU-nun Qazax filialında elmi seminar olub

BDU-nun Qazax filialında elmi seminar olub

Bakı Dövlət Universitenin Qazax filialında Dil, ədəniyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Elmi seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov iştirak edib. Kafedranın müəllimi Əfranə Həsənli “Orxan abidələrində feildən feil düzəldən şəkilçilər” mövzusunda çıxış edib.

Ə.Həsənli seminarın mövzusu ilə bağlı “Orxan abidələrinin tədqiq tarixi”; “Orxan abidələrinin tədqiqində linqivistik yanaşma” və “Orxan abidələrində söz yaradıcılığının morfoloji üsulu (feil düzəldən şəkilçilər)” istiqamətləri üzrə geniş məlumat verib.

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, filologiya elmləri doktoru Valeh Nəsibov, kafedranın baş müəllimlərindən Səfayə Sadıqova, Heyran Vəkilova və Hikmət Yusifov seminarda çıxış ediblər.

Seminarın sonunda mövzu ilə bağlı verilən suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti.