BDU Qazax filialında Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirilib
- Nəşr edilib 14.10.2024 15:44
- Çap

BDU Qazax filialında Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirilib
11 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında filialın Tələbə Elmi Cəmiyyətinin (TEC-in) seçki iclası keçirilib. Müəllim və tələbələrin iştirakı ilə keçirilən iclasda filialın Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında elmi dərnəyin rəhbəri Yalçın Həsənov çıxış edərək TEC-in fəaliyyətinin əhəmiyyətindən və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasının vacibliyindən danışıblar.
Sonra TEC-ə sədr və müavin seçkisi keçirilib. Açıq səsvermə yolu ilə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Gülər Məmmədli sədr, kimya-biologiya müəllimliyi ixtisasının III kurs tələbəsi Xəyal Şıxəliyev isə müavin seçilib.
İclasda TEC-in üzvü olan tələbələr elmi mövzularla tanış olublar. Elmi işlərin mövzuları və tələbələrin elmi rəhbərləri təsdiq olunub.
Filialın Mətbuat Xidməti.











