BDU Qazax filialında bakalavr səviyyəsi üzrə tələbə qəbulu proqnozu layihəsinin müzakirəsi keçirilib

BDU Qazax filialında bakalavr səviyyəsi üzrə tələbə qəbulu proqnozu layihəsinin müzakirəsi keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında bakalavr səviyyəsi üzrə 2025-2026-cı tədris ili üçün tələbə qəbulu proqnozu layihəsinin müzakirəsi keçirilib.

Tədbirdə filialın rəhbərliyi və məsul şəxsləri, Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin əməkdaşı, olimpiya idman kompleksinin nümayəndəsi, məktəb direktorları, körpələr evi-uşaq bağçalarının müdirləri, 1 saylı psixoloji mərkəzin rəhbərliyii iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətinin vacibliyindən söz açıb. Tədbirdə proqnoz layihəsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əmin olduğunu bildirib.

Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın tədris şöbəsinin müdiri Hürü Şamilova, filialın pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov, Qazax şəhər 1 və 3 saylı tam orta məktəblərin direktorları Yaşar Əliyev və Şəbnəm Əliyeva, Qazax şəhər 3 və 6 saylı körpələr evi-uşaq bağçalarının müdirləri Gülnar Qocayeva və Günel İsmayılzadə, Qazax 1 saylı psixoloji mərkəzinin rəhbəri Şəhla Yusifova və əməkdaşı Musa Nəsibov tədbirdə müxtəlif təkliflərlə çıxış ediblər.

Filialın direktoru Arif Rüstəmov müzakirələrə yekun vuraraq səsləndirilən təkliflərin dəyərləndiriləcəyini qeyd edib, iştirak etdiklərinə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Filailın Mətbuat Xidməti