BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçiirilib
- Nəşr edilib 23.10.2024 13:06
- Çap

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçiirilib
23 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda təkrar akkreditasiyaya görə sahə baxışına hazırlığın vəziyyəti haqqında, komissiyaların tərkibində dəyişiklik edilməsi haqqında, laboratoriya işlərinin aparılma qaydasının təsdiqi haqqında məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, laboratoriya müdirləri çıxış ediblər.
İclasda bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti





