XƏBƏRLƏR

BDU Qazax filialının tələbələri Lider Academy Tədris Mərkəzinin forumunda iştirak edib

BDU Qazax filialının tələbələri Lider Academy Tədris Mərkəzinin forumunda  iştirak edib

Lider Academy Tədris Mərkəzi Gəncə şəhərində IV psixoloji forum keçirib. 300-ə yaxın izləyicinin iştirakı ilə baş tutan forumda Bakı Dövlət Universiteti Qazax filialının Pedaqoji fənlər kafedrasının psixologiya müəllimi Gülnar Abdullayevanın rəhbərliyi ilə Təhsildə sosial psixoloji xidmət ixtisasının III kurs tələbələri də iştirak edib.

Forumun sonunda tələbələrdən Səbinə Əsgərova, Rəqsanə Əhmədova, Minurə Hüseynova, Sima Məmmədova, Fatimə Binnətova, Aysel Quliyeva, Minirə Hacıyeva, İlahə Tanrızadə, Almaz Əliyeva, Səbinə Məmmədzadə, Aysel Mancanova, Mətanət Alıyeva, Aysu Alıyeva, Aysun Bəndəliyeva, Nuranə Alıyeva, Dilbər İbrahimli, Nərmin Bayramova, Əli Qurbanlı, Nuray Mirhəşimova, Sevil Kərimova, Asiman Süleymanova, Ayşən Əliyeva və Aybəniz Süleymanova Türkiyə Beynəlxalq Psixoloqlar Dərnəyinin sertifikatları ilə təltif olunublar.

Filialın direktoru Arif Rüstgəmov bu münasibətlə tələbələri qəbul edib, belə yüksək səviyyəli forumda iştirak etdiklərinə və sertifikat aldıqlarına görə minnətdarlığını bildirib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.