İctimai və təbiət fənləri kafedrasının elmi seminarı olub

 

İctimai və təbiət fənləri kafedrasının elmi seminarı olub

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasınnın elmi seminarı keçirilib.

Kafedranın müdiri dosent Arif Veyisov çıxış edərək seminarın məqsəd və əhəmiyyətindən danışıb. Sonra coğrafiya üzrə fəlsəfə doktoru Nəsibə Hacıyeva “Qlobal istiləşmənin buzlaqlara və çaylara təsiri” mövzusunda çıxış edib.

Maraqla dinlənilən çıxışdan sonra kafedranın əməkdaşları tərəfindən məruzəçiyə suallar verilib. N.Hacıyeva kafedranın baş müəllimi Mübariz Süleymanov, kafedranın baş müəllimi Ülviyyə Bayramova, Əməkdar müəllim İndira Vəliyeva tərəfindən verilən sulları cavablandırıb.

Filialın Mətbuat Xidməti.