BDU-nun Qazax filialında elmi seminar olub
- Nəşr edilib 06.11.2024 09:11
- Çap

BDU-nun Qazax filialında elmi seminar olub
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı olub. Kafedranın baş müəllimi Səfayə Sadıqova "Söz birləşməsi və cümlə sintaksisin tərkib hissəsi kimi" mövzusunda çıxış edib.
Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova seminarda giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirib.
Sonra S.Sadıqova söz birləşməsi və cümlənin sintaksisin tərkib hissəsi haqqında görkəmli tədqiqatçıların apardığı araşdırmalarını təqdim edib.
Elmi seminarda kafedranın müəllimlərindən filologiya elmləri doktoru Yadigar Əliyev, baş müəllim Heyran Vəkilova, müəllimlərdən Əfranə Həsənli və Cəvahir Həsənli mövzu ilə bağlı çıxış edib.
Filialın Mətbuat Xidməti
