BDU-nun Qazax filialında elmi seminar olub

BDU-nun Qazax filialında elmi seminar olub

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin  pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan və müntəzəm olaraq davam etdirilən elmi seminarın 2024/2025-ci tədris ili üçün növbəti  məşğələsi olub.

Kafedranın baş müəllimi İradə Məmmədova “İnformasiya, İnformasiya inqilabları, İnformasiya cəmiyyəti” mövzusunda  çıxış edib.

Məruzə maraqla dinlənilib və diskussiya şəklində davam edib. Kafedranın baş müəllimlərindən Aygün Əliyeva, Şahilə Əmirova, Sevinc Əmiraslanova, müəllimlərdən  Tahirə Abdullayeva və Könül Ənsərova çıxış ediblər.

Filialın Mətbuat Xidməti