BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 20.11.2024 14:14
- Çap

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
20 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda akkreditasiyaya görə sahə baxışına hazırlığın vəziyyəti haqqında məsələ müzakirə olunub.
Qeyd olunan məsələ barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələ ilə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti
