BDU-nun Qazax filialında seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında seminar keçirilib. Seminar pedaqoji fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet Ilyasovun təşkilatçılığı ilə baş tutub.

Filialın direktoru Arif Rüstəmov seminarın işinə uğurlar arzulayıb.

Pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova filialın buraxılış kursları tələbələrinə “Inkluziv cəmiyyətin əsas aspektlərindən biri: İnkluziv təhsil” mövzusunda seminar keçib.

Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov və Tədris şöbəsinin müdiri dosent Hürü Şamilova iştirak edib.

Filialın Mətbuat Xidməti