Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı kakaralli

Dil, ədəbiyyat və onların tədrisi metodikası  kafedrasının elmi seminarı kakaralli

07.12.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Professor Yadigar Əliyev "Türkiyə türkcəsinin Azərbaycan dilinin lüğət tərkibinə təsiri və yan təsiri" mövzusunda çıxış edib.

Seminarda kafedranın müdiri, f.ü.f.d. İradə Arıxova giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından və əhəmiyyətindən danışıb.

Elmi seminarda kafedranın baş müəllim Balabəyim Qədimova, müəllimlərdən Əfranə Həsənova, Cəvahir Həsənli, Nigar Fərzəliyeva, mövzu ilə bağlı çıxış ediblər.

Filialın Mətbuat Xidməti