BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Cəvahir Mustafayevanın “Türkiyənin dəniz doktrinası “Mavi vətən” mövzusunda elmi məruzəsi dinlənilib.

Seminarda  filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedranın baş müəllimlərindən Mübariz Süleymanov, Tərlan Bədəlova, müəllimlərdən İmran Məmmədov çıxış ediblər.

Filialın Mətbuat Xidməti