BDU Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib
- Nəşr edilib 27.12.2024 17:23
- Çap

BDU Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib
27 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib.
İclasda 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, 2024-cü ilin yekunlarına dair elmi hesabat və cari məsələlər müzakirə olunub.
2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında filialın direktoru Arif Rüstəmov çıxış edərək imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazım olan bütün işlərin görüldüyünü bildirib. Müzakirə olunan məsələ səsə qoyularaq payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti qənaətbəxş hesab olunub.
2024-cü ilin yekunlarına dair elmi hesabatla filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək cari ildə filialda görülən elmi işlər haqqında məlumat verib. Verilən hesabat şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Eyni zamanda, islasda bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti


