BDU-nun Qazax filialındaqış imtahan sessiyası başlayıb

BDU-nun Qazax filialındaqış imtahan sessiyası başlayıb

Bakı Dövlət Universitetinin Qazax filialında 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

İmtahan sessiyası ilə bağlı filialda əvvəlcədən müvafiq hazırlıq işləri görülüb, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanlara nəzarət etmək üçün nəzarətçi müəllim-koordinatorlar ayrılıb. Imtahan zamanı tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

17 ixtisas üzrə keçirilən imtahanlarda bakalavr üzrə 1502, qiyabi üzrə 219, magistratura üzrə isə 20 nəfər tələbə iştirak edir. İki növbədə keçirilən imtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.

6 yanvar 2025-ci il tarixindən filialda imtahanların keçirilməsinə başlanılıb. Filialın direktoru Arif Rüstəmov imtahanların tələb olunan səviyyədə keçirilməsini müəyyən etmək üçün imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

BDU-nun Qazax filialında 28 dekabr 2024-cü il tarixində başlayan payız semestrinin qış imtahan sessiya 5 həftə davam edəcəkdir.

Filialın Mətbuat Xidməti