Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır mövzusunda tədbir keçirilib
- Nəşr edilib 06.03.2025 18:30
- Çap

“Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib.
Filialının Tədris və elmi işlət üzrə direktor müavini Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq Ümumdünya Mülki Müdafiə Günü barədə məlumat vermişdir.
Filialının Pedaqoji fənnlər kafedrasının müəllimi Oktay Mahmudov “Mülki müdafiənin yaranma tarixi,rolu və vəzifələri”, İctimai və təbiət fənnləri kafedrasının müəllimi Səmayə Hüseynzadə “Fövqəladə hallar zamanı ilk tibbi yardım” və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasınin III kurs tələbəsi Mehran Abdullayev “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusu üzrə çıxış ediblər.
Filialın Mətbuat Xidməti