BDU-nun Qazax filialında şəhid məzunların xatirəsinə həsr olunmuş online konfrans keçirilib
- Nəşr edilib 19.03.2025 07:58
- Çap

BDU-nun Qazax filialında şəhid məzunların xatirəsinə həsr olunmuş online konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında filialın şəhid məzunları Məhəmməd Məmmədov və Niftalı Orucovun xatirəsinə həsr edilmiş online konfrans keçirilib.
Dünya Bilgi Platformunun təşkilatçılğı, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramovanın təşəbbüsü ilə keçirilən konfrans Səfəvilər dövründə Azərbaycan saray xalçalarına həsr olunub.
Konfransda Azərbaycan Milli Xalça muzeyinin direktoru Əminə Məlikova, AMEA Etnoqrafiya və Arxeologiya institutunun tədqiqatçısı professor Kübra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov, məhşur xalça kolleksioneri Amir Oskouei mövzuya aid geniş məruzələrlə çıxış ediblər.
Sonda Ülviyyə Bayramova çıxış edərək şəhid məzunlar haqqında xatirələrini qeyd edib, onlar haqqında geniş məlumat verib.
Filialın Mətbuat Xidməti