E L A N

Tələbələrin nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında “Müasir Azərbaycanın demokratik hüquqi əsasları - Konstitusiyamız” adlı intellektual yarış keçiriləcəkdir.

Bilik yarışına 18 aprel 2025-ci il tarixində saat 11.00-da start veriləcəkdir.

İntellektual yarışda iştirak etmək istəyən tələbələr filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsində yaradılmış Təşkilat komitəsinə müraciət edə bilərlər.

DİREKTORLUQ