BDU-nun Qazax filialında elmi seminar keçirilib

BDU-nun Qazax filialında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib.  Seminarda kafedranın müdiri, f.ü.f.d. İradə Arıxova giriş sözündə mövzunu elan edərək onun aktuallığından danışıb.

Kafedranın müəllimi Sanurə Səmədova “İngilis dilində ismin hal kateqoriyası(Azərbaycan dili ilə müqayisədə)” mövzusunda çıxış edib.

Elmi seminarda kafedranın müəllimi Yalçın Həsənov və başqaları söz alaraq mövzu ilə bağlı fikirlərini bildiriblər.

Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov iştirak və çıxış edib.

Filialın Mətbuat Xidməti