İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın müdiri dosent Arif Veyisov giriş sözü ilə çıxış edərək elmi seminarın mövzusunu elan edib.

Sonra kafedranın müəllimi İndira Vəliyevanın “Azərbaycan Respublikası Konstitusiyasının anlayışı və hüquqi təbiəti” mövzusunda elmi məruzəsi dinlənilib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış edərək seminarı yüksək qiymətləndirib. Kafedranın baş müəllimlərindən Mübariz Süleymanov və Tərlan Bədəlovanın, müəllimlərdən Veyis Adıgözəlovun verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb.

Filialın Mətbuat Xidməti