BDU Qazax filialının əməkdaşları ADAU-nun keçirdiyi forumda iştirak ediblər

BDU Qazax filialının əməkdaşları ADAU-nun keçirdiyi forumda iştirak ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “ Müasir Kitabxana 5.0: Universitet Kitabxanalarının Yeni Missiyası” forumu keçirilib. Gəncə şəhərində keçirilən forumda BDU Qazax filialının kitabxana müdiri Kəmalə Qocayeva və biblioqraf Aynurə Əliyeva iştirak edib.

ADAU-nun rektoru Zəfər Qurbanov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov məruzə ilə çıxış edib. Sonra forum “Rəqəmsal inkişaf və kitabxanalar: yeni texnologiya inteqarasiya” və “Ali təhsil kitabxanalarının transformasiyası: problemlər və prespektivlər” panel iclaslarında davam edib.

Filialın Mətbuat Xidməti